Bank kartından oğurluq edən keçmiş məhbus saxlanıldı

Martın 31-də Bakı şəhər sakini olan bir nəfərin bank kartını itirməsi və həmin kartdan 1400 manat dəyərində alış-veriş olunması barədə polisə məlumat daxil olub.

Stopnarkotik.az xəbər verir ki, Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Ramil Hüseynov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.