Azərbaycanda hər gün ortalama 24-25 nəfər narkotikə görə məsuliyyətə cəlb olunur - RƏSMİ AÇIQLAMA

Ötən il Azərbaycanda 8 min 777 nəfər narkotik cinayətlərinə görə məsuliyyətə cəlb olunub. 

Stopnarkotik.az xəbər verir ki, həmin şəxslərdən 16 nəfərin 18 yaşı olmayıb. Məsuliyyətə cəlb edilən 1893 şəxs isə gənc yaşlardadır.

Cinayətə görə məsuliyyətə cəlb edilənlərin ümumi sayını ilə böləndə narkotik cinayətinə görə hər gün ortalama 24-25 nəfərin saxlanıldığı məlum olur.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2023-cü ilə dair hesabatında belə deyilir.

Narkotiklə bağlı toplam araşdırılan faktların sayı isə 10 min 60-dır.