YASAMALDA ƏMƏLİYYAT: narkoşəbəkənin üzvü saxlanıldı, külli miqdarda narkotik ələ keçdi - FOTO/VİDEO

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdiyi növbəti tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1996-cı il təvəllüdlü Hüseyn Rzayev saxlanılıb.

Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən məlumata görə, həmin şəxsdən 4 kiloqrama yaxın satış məqsədilə tədarük etdiyi heroin, marixuana və tiryək ələ keçirilib.

H.Rzayevin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində 26-cı PB-nın əməkdaşları tərəfindən tədbirlər davam etdirilir

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə qətiyyətlə davam etdirilir.

Yasamalda 4 kq narkotik ələ keçirilib