Abşeronda keçmiş məhkum külli miqdarda narkotiklə yaxalandı - EVİNƏ BAXIŞ ZAMANI İSƏ...

Abşeronda əvvəllər məhkum olunmuş Orxan Vəliyev saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə ələ keçən O.Vəliyevdən 49 qram marixuana aşkar olunub.

Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan əlavə 1 kiloqram 120 qramdan artıq marixuana, metamfetamin və 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Stopnarkotik.az