İsmayıllıda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, saxlanılan şəxs, rayon sakini Əflatun Mirzəyevin yaşadığı ünvana baxış keçirilərkən dibçəklərdə əkib-becərdiyi 57 ədəd çətənə bitkisinin şitilləri aşkar edilib.
O, ifadəsində narkotik tərkibli bitkiləri 1 ay əvvəl əkdiyini və aqrotexniki qaydada qulluq göstərdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.