Bakıda keçmiş məhkum marketlərdən oğurluq etdi - 3 MİNLİK SİQARET, BAHALI QOL SAATI...

Bakıda marketlərdən küllli miqdarda oğurluq edilib.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən iki marketdən ümumilikdə 100 manat pul, 3000 manat dəyərində tütün məmulatı və 1000 manat dəyərində qol saatını oğurlamaqda şübhəli bilinən, əvvəllər də oğurluğa görə məhkum olunmuş Nurlan Sayadov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.