İsrail Qəzzada əməliyyatları bərpa etdi - YÜZLƏRLƏ ÖLƏN VAR / YENİLƏNİB

İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 310-a çatıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi bildirib.

***09:17

Bu gün İsrail Müdafiə Ordusu (SAXAL) Qəzzada HƏMAS-a qarşı hərbi əməliyyatları bərpa edib.

Bu barədə "Əl Cəzirə" telekanalı məlumat yayıb.

Bildirilib ki, HƏMAS-ın obyektlərinə silsilə zərbələr endirib.

Hücum nəticəsində Qəzzada azı 232 nəfər həlak olub. Ölənlər arasında qadın və uşaqların olduğu deyilir.