Gürcüstanda narkoticarətə qarşı qanun layihəsi parlament müzakirəsinə təqdim edilib. Amma məhkəmə hələ ki, bu addıma müqavimət göstərir. Lakin belə görünür ki, qanun narkotik istifadəçilərindən çox, narkotik satanlara qarşı tətbiq olunacaq. Görünür, belə hesab edilir ki, narkotik satanlara qarşı sərt cəza onları bu əməldən çəkindirəcək, ölkədə narkotik satışının azalmasına təsir edəcək.
Stopnarkotik.az-ın verdiyi xəbərə görə, anti-narkotik qanununun sərtləşdirilməsinin müzakirəsi gedişində 10 narkotik alverçisi uzun müddətə azadlıqdan məhrum edilib. İstintaq müəyyən edib ki, 2022-ci ildə əcnəbi vətəndaş narkotik vasitələrin satışından əldə etdiyi qanunsuz gəlirləri leqallaşdırmaq məqsədi ilə cinayətkar qrup təşkil edib. Cinayətkar qrupun lideri başqalarının tapşırığı ilə narkotik vasitələrin satıldığı bir neçə gecə klubu və restorana rəhbərlik edib. Məhkəmənin hökmü ilə təqsirləndirilənlərdən ikisi 18 il, qalanları isə 15-16 il müddətinə azadlıqdan məhrum edilib. Dəyəri 4 milyon laridən çox olan daşınmaz əmlak və nəqliyyat vasitələri də müsadirə edilib.
Stopnarkotik.az