İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 310-a çatıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi bildirib.
***09:17
Bu gün İsrail Müdafiə Ordusu (SAXAL) Qəzzada HƏMAS-a qarşı hərbi əməliyyatları bərpa edib.
Bu barədə "Əl Cəzirə" telekanalı məlumat yayıb.
Bildirilib ki, HƏMAS-ın obyektlərinə silsilə zərbələr endirib.
Hücum nəticəsində Qəzzada azı 232 nəfər həlak olub. Ölənlər arasında qadın və uşaqların olduğu deyilir.