Gürcüstan məhkəməsi bir doza LSD narkotikinin saxlanmasına görə cəzanı konstitusiyaya zidd hesab edir.
Stopnarkotik.az-ın verdiyi xəbərə görə, Gürcüstan Konstitusiya Məhkəməsinin hakimləri bu qərara gəliblər ki, LSD narkotik maddəsinin bir dozasını saxlamaq və satın almaq fundamental insan hüququdur, yəni bu cinayətə görə həbs cəzası konstitusiyaya ziddir. Mütəxəssislər işi araşdırarkən qeyd ediblər ki, uzun müddət istifadə olunsa belə, maddə praktiki olaraq asılılıq yaratmır.
O cümlədən, hakimlər Cinayət Məcəlləsinin 2021-ci il martın 10-dək qüvvədə olan 260-cı maddəsinin 3-cü hissəsinin müddəalarına baxıblar. Bu müddəa 0,000172 qrama qədər LSD saxlamağa görə həbs cəzasını nəzərdə tuturdu. İşə 2016-cı ildən 9 ildir baxılır. Sonra bu maddə ilə məhkum olunmuş bir qrup vətəndaş kollektiv məhkəmə iddiası qaldırıb və yalnız indi uğur qazanıb.
Hakimlər qanunvericilikdə digər narkotiklərlə bağlı müddəaları konstitusiyaya zidd hesab etməkdən çəkiniblər. Beləliklə, Konstitusiya Məhkəməsi yalnız LSD-ni cinayət siyahısından çıxarıb, yəni de-kriminalizasiya edib.
Eyni zamanda, Konstitusiya Məhkəməsi digər narkotik vasitələrə, o cümlədən morfin, metadon, heroin və başqalarına münasibətdə analoji “bir doza” müddəalarını konstitusiyaya zidd hesab etməkdən imtina edib.
Hakim “Gürcü Arzusu”ndan parlamentin Hüquq Məsələləri Komitəsinin sədri Arçil Qorduladzenin sözlərinə görə, narkomanların müalicə formaları, o cümlədən onların məcburi müalicəsi ilə bağlı fəal məsləhətləşmələr aparılır.
“Qanunvericilik paketinin birinci və ikinci dinləmələri formatında insanlara narkomaniya adlanan ağır xəstəliklə mübarizədə köməklik göstərmək üçün müalicə formalarını aydınlaşdıracağıq”, deyə deputat bildirib.
P.S. Gürcü hakimlərin bu qərarı maraq doğurur. Yəni onların bu addımı o anlama gəlir ki, narkotikin dadına birinci dəfə baxılması narkomaniyanın-narkotiklərdən asılılığın təməlini qoymur və bütün bu narkomaniya hekayəsini başlatmır. Onlar hesab ediblər ki, hər şey insanın öz əlindədir-narkotikdən asılılığa düşmək və düşməməyi hər fərd özü nəzarət altında saxlayır. Yəqin onlar "bir dəfə ilə heç nə olmaz" məntiqsiziyinə müsbət yanaşıblar. Yaxud onların gözünü nə isə qorxudub, çəkindirməyə cəhd də bu qərarın səbəbi ola bilər. Çünki çoxsaylı narkotik asılılarının rəyinə görə, elə hər şey birinci dəfə ilə başlayır. Hər şey "bir dəfə ilə heç nə olmaz" ilə başlayır.
Stopnarkotik.az