Mixail Saakaşviliyə yeni hökm oxundu: 4 İL 6 AY HƏBS

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili sərhədi qanunsuz keçmə ittihamına görə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Stopnarkotik.az xəbər verir ki, hökm Tbilisi Şəhər Məhkəməsində elan olunub.

Xatırladaq ki, M.Saakaşvili 2021-ci ilin sentyabrın 29-da səkkiz illik mühacirətdən sonra gizli yolla Gürcüstana dönüb. O, bir neçə gündən sonra – oktyabrın 1-də saxlanılıb.

Qeyd edək ki, məhkəmənin martın 12-də açıqladığı qərarla eks-prezident 2009-2012-ci illərdə büdcə vəsaitlərini şəxsi ehtiyacları üçün xərclədiyinə görə 9 il müddətinə həbs olunub.

Məhkəmədə M.Saakaşvili ilə bağlı daha iki cinayət işinə baxılır. İşlər 2007-ci ilin noyabrın 7-də müxalifətin mitinqinin amansızlıqla dağıdılması və “İmedi” telekanalının qanunsuz mənimsənilməsi ilə bağlıdır.