"Ölkənin təhlükəsizliyi üçün narkotacirlərə qarşı sərt olmalıyıq" - GÜRCÜ SPİKER

“Biz 90-cı illərdə silah və narkotiklərlə bağlı təxribat aktları gördük və bu təxribatın Gürcüstanın bütün bir nəslinə nə etdiyini gördük. Onların bir çoxu müharibədə canlarını fəda etdilər, lakin müharibədən sonra vəziyyətlərini düzəldə bilmədilər və sağlamlıqları bu gün də pis olaraq qalır”.

Stopnarkotik.az xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin birinci vitse-spikeri Gia Volski səsləndirib.

Spiker vurğulayıb ki, qanun xüsusilə narkotik alverçilərinə qarşı sərt olmalıdır.

“Narkosiyasətə gəlincə, qanunun sərtləşdirilməsi milli təhlükəsizliklə bağlı addımlardan biridir. Faktiki elə bir təhlükə yaranıb ki, narkotikin axını və yayılması gələcək nəsillərin əmək bazarında rəqabət qabiliyyətinə və müəyyən problemlərdən, hətta mənim nöqteyi-nəzərimə görə, narkotiklərdən və silahdan gələn təxribatdan qorunmaq qabiliyyətinə birbaşa xələl gətirən forma alıb. Biz 90-cı illərdə belə sızma hallarını gördük və gördük ki, bu müharibədə həyatını itirən gürcülərin bütöv bir nəslinə nə etdi. Onlar müharibədən sonra vəziyyətlərini yaxşılaşdıra bilmədilər və sağlamlıqları pisləşməkdə davam edir. Biz gələcək nəsillərimizi bu təhlükədən qorumalıyıq və təkcə şəxsi qazanc üçün yox, Gürcüstanın təhlükəsizliyinin və sabitliyinin pozulması məqsədilə narkotik gətirən və satan şəxslərə qarşı xüsusilə sərt olmalıyıq”, deyə Volski bildirib.

Məlumat üçün bildirək ki, narkotiklərlə əlaqəli fəaliyyətlərə, o cümlədən sirr və marixuanaya görə cəzaları sərtləşdirən “Gürcü arzusu” qanunvericilik paketi bu gün, martın 14-də parlamentin insan hüquqları komitəsində müzakirəyə çıxarılacaq. Dəyişikliklər səkkiz müxtəlif qanuna, o cümlədən Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, Mütəşəkkil Cinayətkarlıq və Reketçilik haqqında qanuna və digər qanunlara təsir edəcək. Narkotik siyasətinin sərtləşdirilməsi çərçivəsində cinayət qanunvericiliyinə bir neçə yeni maddə əlavə olunacaq.

Stopnarkotik.az