Paşinyan Pezekianı Bakı-İrəvan sülh müqaviləsi mətni haqda "məlumatlandırıb"

Ermənistanın baş naziri Nikol Paşinyan telefon danışığı zamanı İran prezidenti Məsud Pezeşkiana İrəvanla Bakı arasında sülh müqaviləsi layihəsinin mətninin təsdiqlənməsi barədə məlumat verib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə N.Paşinyanın mətbuat xidməti məlumat verib.

Rəsmi məlumata görə, tərəflər həmçinin regional məsələləri və Ermənistan və İran arasında ikitərəfli münasibətləri müzakirə ediblər.

Stopnarkotik.az