ABŞ dövlət katibi Marko Rubio Kanadada “təmtəraqlı mərasimlə” qarşılanıb.
Stopnarkotik.az xəbər verir ki, onun qarşılanma kadrlarını sosial şəbəkə istifadəçiləri müzakirə ediblər.
Onlar təyyarənin pilləkənlərindəki həddindən artıq qısa qırmızı xalçaya diqqət çəkiblər ki, bu da diplomatik qaydalara görə təhqir kimi sayıla bilər.
Heç kimə sirr deyil ki, Kanada hazırda Donald Trampın aqressiv hərəkətləri və ritorikasına görə Amerika hakimiyyətinə düşmən münasibət bəsləyir.
ABŞ dövlət katibi Marko Rubio ABŞ-ın yeni prezidentinin siyasətindən qəzəblənən Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya və Yaponiyanın yüksək səviyyəli diplomatları ilə iki günlük danışıqlar aparmaq üçün Kanadadadır.
Yəqin, Kanadalılar bununla Trampın onların ölkəsini ABŞ-ın "51"ci ştatı kimi görmək replikasına cavab veriblər.
Stopnarkotik.az