Şabranda 25 yaşlı gənc külli miqdarda narkotiklə tutuldu - FOTO

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirilən tədbir zamanı 4 kiloqram narkotik vasitə olan marixuana dövriyyədən çıxarılıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində 25 yaşlı Murad Məmmədov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxs məhkəmənin qərarı ilə həbs olunub.