Suriya hakimiyyəti ölkədə vəziyyətin gərginləşməsində Livanın "Hizbullah" Hərəkatını ittiham edib.
Latakiya vilayətində təhlükəsizlik qüvvələrinin təmsilçisi Sacid ad-Dik Suriyada vəziyyətin gərginləşməsinin arxasında "Hizbullah" ın dayandığını bəyan edib.
Qeyd edilib ki, "Hizbullah" və bəzi xarici dövlətlər sahilyanı rayonlarda Bəşər Əsəd tərəfdarlarna dəstək verir. Eyni zamanda, Bəşər Əsəd rejimində yüksək vəzifə tutmuş 5 nəfərin saxlanıldığı da açıqlanıb.
Bəşər Əsədin devirməsindən sonra ən böyük silahlı qarşıdurma
Son günlərdə Suriyanın Aralıq dənizi sahilində yerləşən Latakiya, Tartus və Hüms əyalətlərində yeni administrasiya qüvvələri ilə keçmiş prezident Bəşər Əsədin tərəfdarları arasında toqquşmalar baş verib. Xüsusilə, Latakiya əyalətinin Cəblə şəhərində Əsəd tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında ən şiddətli döyüşlər qeydə alınıb.
Ölənlərin sayı 745 nəfərə çatıb
Ümumilikdə martın 6-dan indiyə qədər baş verən toqquşmalar nəticəsində 745 nəfər həlak olub. Bunlardan 532-si mülki şəxs, 213-ü isə silahlılar və təhlükəsizlik qüvvələrinin əməkdaşlarıdır. Bu toqquşmalar Suriyada Bəşər Əsədin devrilməsindən sonra baş verən ən böyük silahlı qarşıdurma olaraq qiymətləndirilir.
Məlumat üçün qeyd edək ki, hazırda "Hizbullah" hərəkatı əsasən İrandakı molla rejiminin dəstəyi ilə fəaliyyət göstərir.