Tramp İŞİD liderinin öldürüldüyünü açıqladı

ABŞ prezidenti Donald Tramp İraqda İŞİD qruplaşmasının liderlərindən birinin məhv edildiyini açıqlayıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə D.Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

"İŞİD-in İraqdakı fərari lideri bu gün öldürülüb. İgid hərbçilərimiz onu durmadan ələ keçirməyə çalışırdılar", - deyə Tramp bildirib. 

O, həmçinin qeyd edib ki, əməliyyat İraq hökuməti və İraq Kürdüstanının hakimiyyət orqanları ilə koordinasiya əsasında həyata keçirilib.