"Vaqner" in tramadol imperiyası - Priqojinin varisi Afrikanı narkotikə necə oturdub...

Rusiyanın "Vaqner" muzdluları Mərkəzi Afrika Respublikasında tramadol üzərində narkotik imperiyası qurublar və bu mülkə hüquq-mühafizə orqanlarının və hətta Moskvanın özünün də əli çatmır.

Stopnarkotik.az xəbər verir ki, “Wall Street Journal” qəzetinin məlumatına görə, "Vaqner" muzdlu qrupunun qurucusu Yevqeni Priqojinin ölümündən sonra onun oğlu Pavel Priqojinin rəhbərlik etdiyi 500-ə yaxın muzdlu əsgər Ubangi çayının yuxarı axını boyunca məskunlaşıblar. Opioid ticarətinə nəzarət onların silahları, milisləri və ölkəni idarə etməsini maliyyələşdirir.

Tramadol adətən oynaq ağrıları və ya əməliyyatdan sonrakı sağalma üçün təyin edilir. Amma yüksək dozalarda opioid şiddətli asılılıq yaradan narkotikə - "kasıbın kokaini" nə çevrilir,

Tramadolun tövsiyə olunan dozası 50-100 milliqramdır. Mərkəzi Afrika Respublikasındakı mağazalarda müntəzəm olaraq 200 milliqramlıq və daha çox dozalı tabletlər satılır.

WSJ-nin məlumatına görə, tramadol həbi "Vaqner" in narkotik iqtisadiyyatının bütün qatlarına sızıb. "Vaqner"in işlətdiyi qızıl mədənlərindəki mədənçilər ağır işə dözüb davam gətirə bilmək üçün tramadola möhtacdırlar. Rusiyanın prosesə müdaxiləsi üçün mitinq edən aksiyaçılar aclıq və yorğunluğu aradan qaldırmaq üçün tramadol udurlar. Ölkədaxili hərbi çəkişmələrdə döyüşçülər cəsarət üçün yüksək dozalarda tramadol qəbul edirlər.

Döyüş meydanlarında tramadol kütləvi dozada qəbul edilir

“Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Qlobal Təşəbbüs” təşkilatından olan Nataliya Duxan deyir ki, "Döyüşçülər tramadol transına girdikcə qorxu yox olur və həyəcan artır".

Narkoimperiyanı qidalandıran çay haradan gəlir?

"Vaqner" in Afrikadakı tramadol imperiyasını qidalandıran tədarük kəməri Hindistandan başlayır. Belə ki, Hindistandakı əczaçılıq şirkətləri tramadolu Konqo Demokratik Respublikasındakı firmalara göndərir. Tədqiqatçılar və tacirlər WSJ-yə bildiriblər ki, tramadol partiyaları standart 50 milliqramlıq doza kimi qeydiyyata alınır. Yüksək dozalı həblər yükün içində gizlədilir. Qaçaqmalçılar Kinşasadan həbləri sərhəd Zongo şəhərinə, oradansa Ubangi çayından keçirirlər. Çayın o biri sahilində tramadolu Mərkəzi Afrika Respublikasının paytaxtı Bangi şəhəri boyunca mağaza və bazar köşklərini doldururlar.

Muzdluların son aylarda əsas hədəfi çay ticarəti olub və onların bu ticarət üzərindəki təsiri güclənib. Tramadola ələb o qədər güclüdür ki, yerli qiymət son bir ildə üç dəfə artıb. Xaricdə mənfəət yenidən artır. Mərkəzi Afrika Respublikasında təxminən 7000 dollar dəyərində bir tramadol yükü Kamerunda 21000 dollara qədər gəlir gətirə bilər. Qaçaqmalçılar bildirirlər ki, Vaqnerə və müttəfiq silahlı qruplara təxminən 4000 dollar çatır.

Priqojinin oğlu son mülkü miras alır

Varis Pavel Priqojinin komandanlığı altında muzdlular çayın yuxarı hissəsindəki əraziləri nəzarətdə  saxlayır. "Vaqner" ölkəyə 2018-ci ildə prezident Faustin-Arxanje Tuadéra ilə təhlükəsizlik paktı çərçivəsində gəldi və onun hakimiyyətinə qarşı üsyanı yatırdı. Böyük Priqojin 2023-cü ildə təyyarə qəzasında öldükdən sonra Rusiya qrupun əməliyyatlarının əksəriyyətini dünya miqyasında öz əlinə keçirdi - lakin burada yox. Ölkənin uzaqlığı və muzdluların dərinlərdə kök salması muzdlu ordunun qalıqlarının ələ keçirilməsinin qarşısını aldı. Pentaqonun maliyyələşdirdiyi “Afrika Strateji Araşdırmalar Mərkəzi” köhnə Vaqnerin faktiki olaraq dövləti ələ keçirdiyini bildirir. 

Stopnarkotik.az

**

**

**