Polis gecəqondudakı "narkotik ticarəti kurortu"nu viran qoydu

Rio-de-Janeyro polisi faveladakı "narkotik ticarəti kurortu"nu viran qoyub.

Stopnarkotik.az xəbər verir ki, Rio-de-Janeyro polisi çərşənbə axşamı "narkotik ticarəti kurortu" adlandırdıqları və Braziliya şəhərində narkotik alverçiləri üçün görüş yeri kimi istifadə edildiyi bilinən obyekti söküb uçurdub.

Süni göl, üzgüçülük hovuzu, idman zalı, manqal sahəsi və istirahət məkanı olan mülk, İsrail Kompleksi kimi tanınan Rio favelaları qrupunun içərisində yerləşirmiş.

Polis bildirib ki, azadlıqda olan Peyşaonun rəhbərlik etdiyi cinayətkar təşkilatın üzvlərinə qarşı həbs qərarı çıxarılıb və üç şübhəli həbs edilib.

Stopnarkotik.az