"Z-40" və "Z-42" kimi tanınan qəddar narkokartelin başçıları olan iki qardaş ABŞ-da məhkəmə qarşısına çıxarılıblar. ABŞ Ədliyyə Departamenti bildirib ki, Meksikanın qaniçən “Zetas” kartelinin bacı-qardaşları cümə günü ABŞ-da narkotik alveri, odlu silah saxlamaq və çirkli pulların yuyulması, qətl və işgəncə kimi cinayətlərdə ittiham olunurlar.
Stopnarkotik.az bildirir ki, "Z-40" və "Z-42" ləqəbli Miqel və Omar Trevino Morales qardaşları Meksikanın ən güclü və qorxulu mütəşəkkil cinayət qruplarından birinə, onun dağıldığı günə qədər rəhbərlik ediblər.
ABŞ prezidenti Donald Tramp Meksikaya narkotik qaçaqmalçılığı ilə mübarizə etməsi üçün təzyiqi atrırdığı vaxtdan bəri bu iki bandit qardaş Mexikonun ABŞ-a qovduğu 29 narkotik şübhəlisi arasında idi.
Stopnarkotik.az