Gürcü merdən AÇIQLAMA: "Narkotiklərə qarşı qanunun sərtləşməsi..."

Tiflis meri Kaxa Kaladze açıqlama verərək bildirib ki, narkotiklərə qarşı qanunvericiliyin sərtləşdirilməsi əhalinin narkotiklərə münasibətini dəyişmək məqsədi daşıyır.

Stopnarkotik.az xəbər verir ki, narkotiklərlə bağlı qanunvericiliyin dəyişdirilməsi təşəbbüsü narkotiklə bağlı cinayətlərə görə cəzaların sərtləşdirilməsini bəyənməyən müxalifət ictimaiyyətinin tənqid dalğasına səbəb olub. “Lelo - Güclü Gürcüstan”ın liderlərindən biri Saba Buadze hətta “Gürcü Arzusu”nun üzvlərindən özlərinin narkotik testindən keçməsini tələb edib.

Tiflis meri Kaxa Kaladze Buadzenin tələbini şərh edərək bildirib ki, o, istənilən vaxt narkotik testindən keçməyə hazırdır. “Gürcü arzusu”nun baş katibi əlavə edib ki, hakim partiya bu tədbirlərlə insanlara kömək etmək, sağlam həyat tərzini təbliğ etmək, narkomaniyadan əziyyət çəkən insanlara dəstək vermək istəyir.

Stopnarkotik.az