Məşhur narkotacir "La Çiçarra" ABŞ-da yaxalanıb

Meksikada ən çox axtarılan Qvatemalalı narkotacir "La Çiçarra" ABŞ-da ələ keçirilib. 

Stopnarkotik.az xəbər verir ki, "La Çiçarra" kimi tanınan məşhur Qvatemalalı narkotacir Aler Baldomero Samayoa Resinos Meksikanın Çiapas şəhərində tutulub. Əməliyyat Qvatemala, Meksika və ABŞ-dan olan səlahiyyətlilərin iştirak etdiyi birgə çalışma idi.

Samayoa Resinos Qvatemalanın Ueuetenanqo şəhərində meydana çıxmış banda olan "Los Uistas"ın lideridir. Bu banda ABŞ-a kokain, metamfetamin və heroin qaçaqmalçılığı ilə məşğul olub, tez-tez “Sinaloa” və “Jalisco Nueva Generación” kimi Meksika kartelləri ilə əməkdaşlıq edir.

Nəticədə, "La Çiçarra" Qvatemalada ən çox axtarılan qaçaq banda elan edilib və hətta ABŞ-ın ən çox axtarılan 100 cinayətkar siyahısında yer alıb. 

Stopnarkotik.az