Rusiya Azərbyacanda da “5-ci kolon” vasitəsilə narkoticarəti koordinasiya edir?
Rəsmi İrəvan Rusiyanın hakimiyyət içindəki bağlantılarının qoparılması işində israrlı görünür. Belə ki, Ermənistan Milli Məclisində ötən ilin dövlət büdcəsinin icrası ilə bağlı keçirilən qapalı müzakirədə Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan diqqətçəkən açıqlamalar verib.
Stopnarkotik.az “Hraparak” qəzetinə istinadən yazır ki, qapalı iclasın əsas mövzusu Ermənistanın milli təhlükəsizliyinə təhdid halına gələn narkotiklərin qanunsuz dövriyyəsi olub: “Milli Təhlükəsizlik Xidmətinin direktoru etiraf edib ki, narkotik vasitələrin satışının həcmi dəfələrlə artıb, ondan istifadə edənlərin yaşı cavanlaşıb. Onun sözlərinə görə, narkotik dövriyyəsinin yetkinlik yaşına çatmayanlar arasında böyük və təhlükəli payı var, eyni zamanda, o, bu fenomenlə mübarizənin yolunun tapıldığını və aktiv tədbirlər görüldüyünü bildirib. Bu kontekstdə Abazyan bildirib ki, yaxın vaxtlarda bu və ya digər şəkildə bu bizneslə məşğul olan bir sıra məmurların həbsi gözlənilir".
Əlbəttə, söhbətin lik növbədə keçmiş deputat "kokainli banan” yükününü müəllifi Miqran Poqosyandan getdiyi məlumdur. İrəvanda yaranmış mənzərədən bəlli olur ki, narkotiklərin qanunsuz dövriyyəsində, narkomaniyanın yaşının cavanlaşmasında, əhalinin gənc təbəqəsinin narkotiklərə dadandırılması tendensiyasında Ermənistanla Azərbaycan arasında o qədər də fərq yoxdur. Həmçinin o da görünür ki, rəsmi İrəvan hakimiyyətdəki "rus emissarları"nın boynuna ilgək keçirməkdə qərarlıdır və bu fürsəti əldən verməyəcək.
Miqran Poqosyan
Yeri gəlmişən, Azərbaycanın məmur sinfinin içində də “5-ci kolon” deyilən qruplaşmanın köməyilə ölkənin boğazına çökən, onu istismar edən, dövlətlə xalq arasında uçurum yaratmaq, dövləti xalqın gözündən salmaq, üz-üzə qoymaq üçün min oyundan çıxan rusyönlü məmurlar ordusu var. Bəs, bizim güc orqanları belə məmurları ifşa etmək üçün daha nəyi gözləyirlər?!
Ən əsası, Kremlin Ermənistanda koordinasiya etdiyi kimi, Azərbyacanda da rusyönlü məmurların vasitəsilə narkoticarəti koordinasiya etmək faktları varsa, bəs, burada hansı məmurlar "pərdəarxası səhnədə rol alırlar"?!
Stopnarkotik.az