Yanvarın 23-də Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində yerləşən kafelərin birinə daxil olan naməlum şəxsin gözətçiyə dəmir parçası ilə xəsarət yetirərək onu quldurluq yolu ilə talaması barədə polisə məlumat daxil olub.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı R.Məhərrəmov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.