"Tehran nüvə silahı yaratmaq niyyətində deyil".
Bunu İran prezidenti Məsud Pezeşkian NBC News-a müsahibəsində deyib.
“Nüvə silahı yaratmağa çalışmırıq, lakin bizi guya atom bombası hazırlamaqda ittiham edirlər. Bu, bəhanə uydurmaq üçün istifadə etməyə çalışdıqları sxemdir. Dedikləri doğru deyil" deyə prezident vurğulayıb.