Yanvarın 20-də vəzifəsinin icrasına başlayan ABŞ-ın yeni Prezidenti Donald Tramp Ukrayna və digər ölkələrə yardımın 90 gün müddətinə dayandırılması barədə fərman imzalayıb.
Bu barədə “Los Angeles Times” məlumat yayıb.
Məlumata görə, bu addım Tramp administrasiyasında xarici ölkələrə yardımın ABŞ-ın mövcud siyasətinə uyğun olub-olmadığını müəyyən etmək üçün atılıb.
Qeyd olunub ki, hazırda müvafiq fərmanın hansı həcmdə yardıma təsir edəcəyi bəlli deyil. Çünki bir çox xarici yardım proqramları üçün maliyyə artıq Konqres tərəfindən ayrılıb və xərclənməlidir.