ABŞ-a daxil olan bütün qaçqınların işlərinə yenidən baxılacaq

ABŞ Prezidenti Donald Trampın administrasiyası Baydenin prezidentliyi dövründə ölkəyə gəlmiş bütün qaçqınların işlərini yenidən nəzərdən keçirməyi planlaşdırır.

Bu barədə Bloomberg ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətinin 21 noyabr tarixli daxili sənədinə istinadən məlumat yayıb.

Sənədə əsasən, qurum əməkdaşlarına bütün müvəqqəti yaşayış icazəsi müraciətlərinin baxılmasını dayandırmaq və 2021-ci il 20 yanvar – 2025-ci il 20 fevral tarixləri arasında ABŞ-a qəbul edilmiş bütün qaçqınlarla yenidən müsahibə aparmaq tapşırılıb.