Zelenski ABŞ planını qəbul etməyə hazırdır, amma... - KİYEV 3 ŞƏRT İRƏLİ SÜRDÜ

CNN-in Ukrayna hökumətindəki yüksək vəzifəli mənbəyə istinadən verdiyi məlumata görə, Kiyev ABŞ-ın müharibənin dayandırılması ilə bağlı təklif etdiyi geniş sülh planının əksər hissəsini qəbul etməyə hazırdır, lakin sənəddəki üç əsas maddəyə qəti şəkildə etiraz edir.

Mənbə bildirir ki, Ukrayna rəhbərliyi aşağıdakı bəndləri qırmızı xətt hesab edir və qəbul etməyəcək:

Kiyev ordunu 600 min nəfərlə məhdudlaşdırmaq və ya başqa hər hansı limit qoymaq niyyətində deyil.

NATO üzvlüyündən imtina ABŞ planında NATO-ya üzvlük məsələsinin “dondurulması” təklif olunsa da, Ukrayna bu bəndi tamamilə rədd edir.

Territorial güzəştlər Ukrayna işğal altındakı torpaqlardan imtina etməyə hazır olmadığını və belə bir bəndin danışıqlarda qəbul edilməyəcəyini açıq şəkildə bildirib.