Pakistanın keçmiş Baş naziri İmran Xan korrupsiya ittihamı ilə 14 il həbs cəzasına məhkum edilib.
Bu barədə Pakistan KİV məlumat yayıb.
Qeyd edilib ki, İmranın Xanın həyat yoldaşı Buşra Bibi isə 7 il müddətinə azadlıqdan məhrum olunub.
Xatırladaq ki, İmran Xan 2018-2022-ci illərdə Pakistanın Baş naziri olub. Keçmiş hökumət başçısı 2022-ci il aprelin 10-da ona qarşı verilən etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən kənarlaşdırılıb.
İmran Xan ötən ilin yanvar ayında dövlət sirrinin yayılması işi üzrə mühakimə olunub