Gürcüstanın paytaxtında hökumət əleyhinə növbəti etiraz aksiyası başlayıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə yerli media yazır.
Məlumata görə, Tbilisidə keçirilən nümayişlə əlaqədar mərkəzi Rustaveli prospektində avtomobillərin hərəkəti dayandırılıb.
Zamanla mitinqə şəhərin müxtəlif kilsələrindən Milad yürüşünün iştirakçılarının qoşulacağı gözlənilir. Materialda deyilir ki, onlar artıq Rustaveli prospektinə doğru hərəkət ediblər.