Hövsanda mağazadan oğurluq edən şəxs yaxalandı

Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində yerləşən mağazaların birindən oğurluq edilməsi və nəticədə zərərçəkənə ümumilikdə 800 manat maddi ziyan vurulması barədə polisə məlumat daxil olub.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 47 yaşlı R.Ələkbərov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.