Azərbaycanda dələduzluq halları sürətlə artır – ŞOK STATİSTİKA

Ötən yazımızda da qeyd etdiyimiz kimi, Azərbaycanda dələduzluq halları günbəgün artır. Hansı ki, dələduzlar müxtəlif yollarla – kimisə hansısa nazirlikdə, komitədə, təhsil ocaqlarında, digər prestijli qurumlarda işə düzəltmək, kiminsə məhkəmədə işini həll etmək, kimisə həbsdən azad etdirmək və s. vədlərlə aldadaraq, insanların pulunu mənimsəyir, onları daha böyük problemlərlə üz-üzə qoyurlar.

Stopnarkotik.az-ın etibarlı qanyaqlardan əldə etdiyi məlumata əsasən, hazırda bu kimi hallarla əlaqədar həbsxanada cəza çəkən şəxslərin sayı ilin birinci yarısında 1000 nəfərdən çox olub. 2024-cü ilin ikinci yazısında isə, bu rəqəm xeyli artıb. Əslində, bunu hər ay apardığımız araşdırmanın nəticəsi də ortaya qoyur.

Araşdırmalara əsasənd eyə bilərik ki, ölkəmizdə dələduzluq hallarının artmasının bir neçə səbəbi var. O cümlədən, qanunvercilikdə mövcud olan bəzi boşluqlar da dələduzlar üçün əlavə imkanlar yaradır. Məsələn, milyonlarla manatlıq vəsaiti dələduzlulqa mənimsəyən şəxslərlə 3-5 min manatın “arxasına keçənlər”ə verilən cəzada elə də ciddi fərq qoyulmur. Nəticədə “kiçik dələduzlar” kimi, böyük məbləğləri mənimsəyən insanlar da, təkrar törədilmə faktı istisna olmaqla, maksimum 5-7 il müddətinə həbsdə yatır, azadlığa çıxdıqdan sonra isə ələ keçirdiyi milyonları rahat şəkildə xərcləyir.

**

Bundan əlavə, qanunvericilikdə iri məbləğlərin zərərçəkmişə geri qaytarılması məsələsində də normal mexanizm işlənib hazırlanmayıb. Hansı ki, bəzi hallarda dələduzların adına heç bir əmlak və rəsmi gəliri olmayanda, məhkəmə onun qarşısına mənimsədiyi külli miqdarda vəsaiti hər ay xırda-xırda qaytarmaq məcburiyyəti qoyur. Bu isə, şübəsiz, zərərçəkəni qane etmir. Həmçinin, ələ keçirilən məbləğin uzun müddətdə qaytarılması haqq-ədalətin bərpasını da yetərli səviyyədə təmin etmir. Odur ki, bu məsələdə ciddi tədbirlər görülməsi vacibdir.

Bir daha qeyd edək ki, ölkədə dələduzluq hallarının artması haqda qənaətimiz heç də əsassız deyil. Təkcə ötən ay – noyabrda saytımızda dərc olunan rəsmi informasiyalara əsasən deyə bilərik ki, bu sahədə SOS siqnalı verməyin zamanıdır. Əks halda, vəziyyət günbəgün daha acınacaqlı duruma gəlib çata bilər.

Artıq dəyərli oxucularımıza məlumat verdiyimiz kimi, ötən aydan etibarən Stopnarkotik.az olaraq, ölkəmizdə baş verən dələduzluq faktları ilə bağlı rəsmi statistikanı aybay izləməyə və bununla bağlı oxucularımıza məlumat verməkdəyik. Xatırladaq ki, oktyabrda Azərbaycanda 148 dələduzluq faktı haqda rəsmi informasiya verilmişdi.

**

Əslində cari ayda – noyabrda bu rəqəmin kifayət qədər aşağı olması gözlənilirdi. Çünki hesabat ayında ölkəmizdə GOP 29 kimi önəmli bir tədbir keçirildi ki, bütün güc strukturları daha çox bu tədbirin təhlükəsiz başa çatmasına köklənmişdi. Lakin, gözləntimizin əksinə olaraq, noyabrda dələduzluq halları ötən ayla müqayisədə daha da artıb.

Belə ki, hesabat ayı ərzində Daxili İşlər Nazirliyi (DİN) tərəfindən 238 dələduzluq faktı haqda rəsmi informasiya verilib, bu, isə ötən aya nisbətən 90 fakt çoxdur.

Buyurun, aşağıdakı linkə daxil olaraq, özünüz də tanış olun:

 

P.S. Onu da nəzərə alsaq ki, təqdim etdiyimiz göstəricilər sadəcə Stopnarkotik.az saytının aşkarladığı məlumatlardır və əməkdaşlarımızın diqqətindən qaçan, eləcə də mətbuata açıqlanmayan faktların daha çox olduğunu nəzərə alsaq, ölkədə dələduzluq hallarının ciddi problemə çevrildiyini deyə bilərik.

Stopnarkotik.az