Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən N.Kərimlinin barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, apellyasiya protesti qismən təmin olunub. Nizami Rayon Məhkəməsinin hökmü ləğv olunub, ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. Eyni zamanda mülki hissəsədə də dəyişib.
İttihama görə, N.Kərimli 4 həmcinsi olan qadına qarşı ümumilikdə 103258 manatlıq dələduzluq edib. O, həmin şəxslərə özünü tanınmış şirkətlərdən birinin mühasib vəzifəsində işlədiyini deyərək aldadıb. /pravda.az