BAKIDA İKİ NƏFƏRƏ QARŞI DƏLƏDUZLUQ: birinə 250 min dollar, digərinə 10 min dollar "atdılar"

Paytaxtın Binəqədi və Nizami rayonlarında dələduzluqda şübhəli bilinən 2 nəfər polis tərəfindən saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 251 000 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 34 yaşlı E.Gözəlov, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfərin 10 000 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 46 yaşlı V.Rzayev müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.