Dələduzluqda ittiham olunan direktor ev dustaqlığına buraxıldı

“Moon Kids” Uşaq Bağçasının külli miqdarda dələduzluqda ittiham olunan direktoru Havvaxanım Rüstəmova ev dustaqlığına buraxılıb.

Stopnarkotik.az “qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi bir müddət əvvəl belə qərar qəbul edib.

Hazırda onun cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.

Onun əməlindən 132 nəfər və Dövlət Sosial Müdafiə Fondu zərər çəkib.

Qeyd edək ki, H.Rüstəmova Nizami Rayon Prokurorluğu tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Barəsində həbs qətimkan tədbiri seçilmişdi.