Sumqayıt şəhərində bir nəfərin 200 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 39 yaşlı T.İsmayılov saxlanılıb.
Stopnarklotik.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən xəbər verir ki, o, Sumqayıt ŞPİ 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən müəyyən olunaraq yaxalanıb.
Faktlarla bağlı araşdırmalar aparılır.