Azərbaycanda dələduzluğun dəhşətli statistikası – ÖLKƏDƏ “SOS” VERİLMƏLİ VƏZİYYƏT YARANIB

Azərbaycanda dələduzluq halları günbəgün artır. Hansı ki, dələduzlar müxtəlif yollarla – kimisə hansısa nazirlikdə, komitədə, təhsil ocaqlarında, digər prestijli qurumlarda işə düzəltmək, kiminsə məhkəmədə işini həll etmək, kimisə həbsdən azad etdirmək və s. vədlərlə aldadaraq, insanların pulunu mənimsəyir, onları daha böyük problemlərlə üz-üzə qoyurlar.

Stopnarkotik.az-ın etibarlı qanyaqlardan əldə etdiyi məlumata əsasən, hazırda bu kimi hallarla əlaqədar həbsxanada cəza çəkən şəxslərin sayı 1000 nəfərdən çoxdur. Bu isə sözügedən sahədə vəziyyətin heç də ürəkaçan olmadığını ortaya qoyur.

**

Onu da qeyd etməliyik ki, qanunvercilikdə mövcud olan bəzi boşluqlar da dələduzlar üçün əlavə imkanlar yaradır. Məsələn, milyonlarla manatlıq vəsaiti dələduzlulqa mənimsəyən şəxslərlə 3-5 min manatın “arxasına keçənlər”ə verilən cəzada elə də ciddi fərq qoyulmur. Nəticədə “kiçik dələduzlar” kimi, böyük məbləğləri mənimsəyən insanlar da, təkrar törədilmə faktı istisna olmaqla, maksimum 5-7 il müddətinə həbsdə yatır, azadlığa çıxdıqdan sonra isə ələ keçirdiyi milyonları rahat şəkildə xərcləyir.

Üstəlik, qanunvericilikdə iri məbləğlərin zərərçəkmişə geri qaytarılması məsələsində də normal mexanizm işlənib hazırlanmayıb. Hansı ki, bəzi hallarda dələduzların adına heç bir əmlak və rəsmi gəliri olmayanda, məhkəmə onun qarşısına mənimsədiyi külli miqdarda vəsaiti hər ay xırda-xırda qaytarmaq məcburiyyəti qoyur. Bu isə, şübəsiz, zərərçəkəni qane etmir. Həmçinin, ələ keçirilən məbləğin uzun müddətdə qaytarılması haqq-ədalətin bərpasını da yetərli səviyyədə təmin etmir. Odur ki, bu məsələdə ciddi tədbirlər görülməsi vacibdir.

**

Əlbəttə, bizim, Stopnarkotik.az olaraq, ölkədə dələduzluq hallarının artması haqda qənaətimiz heç də əsassız deyil. Təbii ki, burada Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə hazırda min nəfərdən artıq məhbusun cəza çəkməsi faktı ilə yanaşı, tərəfimizdən aparılan araşdırma da ciddi nəticəni ortaya çıxarır. Təkcə ötən ay saytımızda dərc olunan rəsmi informasiyalara əsasən deyə bilərik ki, bu sahədə SOS siqnalı verməyin zamanıdır. Əks halda, vəziyyət günbəgün daha acınacaqlı duruma gəlib çata bilər.

**

Odur ki, Stopnarkotik.az olaraq, biz də dələduzluq faktları ilə bağlı statistikanı aybay izləməyə və bununla bağlı oxucularımızı da məlumatlandırmağa çalışacağıq. İndi isə 2024-cü ilin oktyabr ayının statistikası ilə oxucularımızı tanış edək. Hansı ki, bu ay ərzində Daxili İşlər Nazirliyi (DİN) tərəfindən 148 dələduzluq faktı haqda rəsmi informasiya verilib və bu, çox yüksək göstəricidir. Buyurun, aşağıdakı linkə daxil olaraq, özünüz də tanış olun: 

 

P.S. Onu da nəzərə alsaq ki, təqdim etdiyimiz göstəricilər sadəcə Stopnarkotik.az saytının aşkarladığı məlumatlardır və əməkdaşlarımızın diqqətindən qaçan, eləcə də mətbuata açıqlanmayan faktların daha çox olduğunu nəzərə alsaq, ölkədə dələduzluq hallarının ciddi problemə çevrildiyini deyə bilərik.

Stopnarkotik.az