Abşeronda dələduzluq edən keçmiş məhkum ələ keçdi

Ayrı-ayrı vaxtlarda 3 nəfərin 120, 100 və 95 manat olmaqla ümumilikdə 315 manat vəsaitini dələduzluq yolu ilə öz hesabına ödətdirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 30 yaşlı R.İsmayılov müəyyən olunaraq saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, R.İsmayılov Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə ələ keçib.

Faktla bağlı araşdırma aparılır.