Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə ümumilikdə 5 nəfəri dələduzluq yolu ilə aldadan və bank kartlarından oğurluq edən 20 yaşlı P.Abbasov saxlanılıb.
Stopnarkotik.az xəbər verir ki, onun qanunsuz əməlləri nəticəsində zərərçəkənlərə 2235 manat maddi ziyan vurduğu müəyyən edilib.
P.Abbasovun digər analoji cinayətlərdə iştirak edib-etməməsinin müəyyən olunması istiqamətində araşdırmalar davam etdirilir.