Bakıda 18 min manatlıq dələduzluq - İKİ NƏFƏR TUTULDU

Bakının Nəsimi rayonu ərazisində bir nəfər 18 400, digəri isə 100 manat dələduzluqda şübhəli bilinir.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməllərində şübhəli bilinən 26 yaşlı S.Əsədzadə və 27 yaşlı K.Bayramov müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.