Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Oruc Mehdiyev, Murad Ağayev və Sənan Səlimovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Hakim Emin Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası dekabrın 17-nə təyin edilib.
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Oruc Mehdiyev 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə 7 il müddətinə, Murad Ağayev 178.2.1 və 178.2.4-cü (bir qrup şəxs tərəfindən xeyli miqdarda dələduzluq etmə) maddəsi ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və dərhal məhkəmə zalından həbs edilib, Sənan Səlimov isə 178.2.2 və 178.2.4-cü maddələri ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilərək dərhal məhkəmə zalından həbs edilib. Onlar barəsində başqa yerə getməmək qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib.
Qeyd: Həmin şəxslər 7 nəfərə qarşı dələduzluq ediblər./pravda.az