Azərbaycanda kanal rəhbəri saxlanıldı

Sosial mediada, "YouTube" kanallarında barələrində ifşaedici məlumatlar yayacağı hədəsi ilə ayrı-ayrı şəxslərdən bloqer-jurnalist adı altında pul tələb daha bir nəfər müəyyən edilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, hüquqazidd hərəkətlərə məruz qalan şəxslərin müraciəti əsasında Cəlilabad rayon sakini - "Baş Kanal Media Group" adlı "YouTube" kanalının təsisçisi Rəşad Şahbazov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.