ABŞ Prezidenti Donald Tramp vəzifəsinin icrasına başlayan kimi bir sıra fərman və sərəncamlar imzalayıb.
Donald Trampın qərarına əsasən ABŞ Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxıb.
Vaşinqtonun təşkilatdan çıxmasına səbəb kimi ÜST-ün COVID-19 pandemiyası ilə bağlı qeyri-adekvat addımları, habelə ABŞ-dan haqsız olaraq ağır ödənişlər tələb edilməsi göstərilir.
Donald Tramp həmçinin ABŞ-ın Paris İqlim Sazişindən çıxması prosedurunu rəsmi şəkildə başladan fərman imzalayıb.
Yeni and içmiş prezident fərmana “Capitol One Arena”dakı çıxışından sonra tərəfdarlarının qarşısında imza atıb.
Donald Tramp ilk prezidentliyi dövründə ABŞ-ı sözügedən sazişdən çıxarmışdı. Prezident Co Baydenin vəzifəyə başladığı ilk ildə ölkəsini yenidən sazişə daxil etmişdi.