Birləşmiş Ştatlar gələn ay sərhəd təhlükəsizliyi ilə bağlı birgə iş aparmaq üçün ABŞ-dən Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndərəcək.
APA Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Entoni Blinken ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşündə bildirib.
“Bu istiqamətdə müvafiq işləri gücləndirəcəyik”, - Blinken vurğulayıb.
***
Ermənistan və ABŞ strateji tərəfdaşlıq haqqında xartiya imzalayıblar.
“Sputnik Armenia” xəbər verir ki, mərasim Vaşinqtonda baş tutub.
Sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken imzalayıb.