Nazirin özündən yaşca çox kiçik xanımla evlənməsi QALMAQAL YARATDI

İranın Xarici İşlər Naziri Abbas Araqçı həyat yoldaşı Arzu Əhmədvəndlə birlikdə Xarici İşlər Nazirliyi nəzdindəki Qadın Diplomatik Assosiasiyasının təşkil etdiyi xeyriyyə tədbirində iştirak edib.

Bu görüntü sosial şəbəkələrdə geniş müzakirələrə və ətrafında çoxsaylı sualların yaranmasına səbəb olub.

62 yaşlı Abbas Araqçı ilə 20 yaşlı həyat yoldaşının yaş fərqi müxtəlif müzakirələrə yol açıb. Tədbirdə Arzu Ə. Abbas Araqçının ikinci həyat yoldaşı kimi təqdim olunub. İkinci evliliyi ilə bağlı yayılan məlumatlar, şəxsi həyatları və evliliyin şərtləri ilə bağlı müxtəlif ehtimalların irəli sürülməsinə səbəb olub. Cütlük təxminən 6 il əvvəl evlənib və bu evlilikdən 3 yaş yarımlıq bir qız övladları olduğu qeyd edilir.

Abbas Araqçının ilk həyat yoldaşı Bəhare Abdullahiandır. Bu evlilikdən onların 2 oğlu, 1 qızı və bir nəvəsi var. Lakin cütlük bir neçə il əvvəl ayrılıb. 

İran Xarici İşlər Nazirliyinin müşaviri Məhəmməd Hüseyn Rəncbran da müzakirələr barədə açıqlama verib. Rəncbran bildirib ki, Araqçının və həyat yoldaşının sosial şəbəkədə hesabı yoxdur və onların adına yayılan səhifələr və şəkillər qeyri-əxlaqi və şəriətə ziddir. Rəncbran bu cür məlumatların əsassız olduğunu vurğulayaraq, cəmiyyəti bu spekulyasiyalara inanmamağa çağırıb.

Əlaqədar xeyriyyə tədbirində Araqçi və həyat yoldaşı Arzu Əhmədvəndin çəkilmiş şəkilləri sosial şəbəkələrdə geniş müzakirə olunub və müxtəlif iddialar ortaya çıxıb. Rəncbran, yayılan məlumatların yanlış olduğunu bildirib./musavat.com