Tramp virtual narkoticarət şəbəkəsinin yaradıcısını əfv etdi

ABŞ prezidenti Donald Tramp virtual narkoticarət şəbəkəsinin yaradıcısı Ross Ulbrixt ömürlük həbs cəzasından azad edib.

Tramp bu barədə özünün “Truth Social” sosial şəbəkəsində yazıb və əlavə edib ki, o, şəxsən Ulbrixtin anasına zəng edərək xəbəri ona çatdırıb.

Ulbrixt 2013-cü ildə həbs edilib, 2015-ci ildə Manhetten məhkəməsi onu ömürlük həbs cəzasına məhkum edib. O, narkotik vasitələrin yayılmasında, cinayətkar birlikdə iştirakda, çirkli pulların yuyulmasında, sənədlərin saxtalaşdırılmasında və haker hücumlarında ittiham olunurdu. ABŞ səlahiyyətlilərinə görə, onun yaratdığı virtual məkan dövriyyəsi 200 milyon dollardan çox olan, qadağan olunmuş malların, o cümlədən narkotiklərin satışı üçün ən böyük platforma idi.

Məhkəmədə Ulbrixt iddia etdi ki, o, əvvəlcə saytı təcrübə kimi yaradıb və sonradan nəzarəti başqalarına verib. O, hakimdən cəzasının yüngülləşdirilməsini istəyib, lakin şərti azadlığa buraxılma ehtimalı olmadan ömürlük cəzaya məhkum edilib./musavat.com