Birinci vitse-prezident Mehriban Əliyeva bu gün səhər saatlarında Türkiyənin Bolu bölgəsinin Kartalkaya Xizək Mərkəzində hoteldə baş verən yanğın nəticəsində 66 nəfərin ölməsi, 51 nəfər yaralanması ilə bağlı qardaş ölkəyə başsağlığı verib.
Stopnarkotik.az xəbər verir ki, Birinci vitse-prezident bu haqda özünün sosial şəbəkə hesabında yazıb:
"Başın sağ olsun, Türkiyə! Yanğın nəticəsində həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara güc və səbir diləyirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrı xalqlarımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!"