Təl-Əvivdə bıçaqlı şəxs insanlara hücum etdi: ölən və yaralananlar var - FOTO/VİDEO

İsrail paytaxtının populyar turizm rayonunda hücum baş verib. Bıçaqla silahlanmış bir kişi piyadaların üzərinə hücum çəkərək, onlara çoxsaylı yaralar yetirib.

Bu barədə 360.ru xəbər yayıb.

Bildirilir ki, hücum nəticəsində dörd nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.

Hadisə yerinə gələn polis və xüsusi xidmət orqanlarının əməkdaşları cinayətkarı tez bir zamanda zərərsizləşdirə biliblər.

Məlum olub ki, bıçaqla hücum edən şəxs mərakeşəsilli ABŞ vətəndaşı olub. O, cəmi bir neçə gün əvvəl, yanvarın 18-də turist vizası ilə İsrailə daxil olub.

Polis hadisəni terror aktı kimi qiymətləndirib. Araşdırmalar davam edir.