"Azərişıq" ASC-nin əməkdaşını elektrik cərəyanı vuraraq öldürüb.
Hadisə Pirallahı rayonunda qeydə alınıb.
"Azərişıq" ASC-də montyor işləyən Şakir Yunusov rayon ərazisində transformatorda iş görən zaman onu elektrik cərəyanı vurub. Nəticədə Ş.Yunusov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.