Ucar Rayon Polis Şöbəsinə rayonun Qarabörk kəndi ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.
Stopnarkotik.az xəbər verir ki, polis əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı 1 ədəd avtomat, 4 ədəd patron darağı və 117 ədəd patron aşkarlanıb.
Bundan əlavə, aparılan profilaktiki tədbirlər nəticəsində rayon sakinlərindən 4 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi təhvil götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.